Polisdən qurtulmaq üçün dediyi qondarma ad başına iş açdı - FOTO

06:20 03-04-2021 358

Polisdən qurtulmaq üçün qondarma ad deyən amerikalı başına iş açıb. Belə ki, onun təqdim etdiyi ad federal axtarış siyahısında olan şəxsin məlumatlarına uyğun gəlib. Beləliklə o, həbs olunub.

Bu barədə “Michigan Live” xəbər verir.

Hadisə Miçiqan ştatında baş verib. Polis əməkdaşları sərnişin oturacağında əyilib üzünü fənərlərdən gizlətməyə çalışan kişinin avtomobilini yoxlamağa qərar veriblər.

Yoxlamalar zamanı amerikalıda 26 qram metamfetamin aşkarlanıb. Ondan adını soruşduqda isə məlumatlarının bazaya daxil olmaması üçün ağlına gələn ad-soyadı deyib. Bu isə onun başına daha böyük iş açıb.

Saxlanılan şəxsin əsl adı yalnız barmaq izləri götürüldükdə məlum olub.