Müəllim şagirdi üçün 3D printerdə protez çap etdi – VİDEO

08:00 03-04-2021 22

Britaniyalı müəllim şagirdi üçün protez hazırlayıb.

Ukraynanın TCH telekanalının məlumatına görə, Lyüis adlı məktəbli anadangəlmə fiziki məhdudiyyətli olub. Mövcud protezlər isə azyaşlı üçün olduqca narahat olub.

Bunu görən dizayn və texnologiya müəllimi Deniel Qrant şagirdi üçün 3D printer vasitəsilə protez hazırlayıb. Onun maya dəyəri cəmi 30 funtdur (70 manat).