Sürücünün kobud səhvi qəza şəraiti yaratdı - ANBAAN VİDEO
10:00 03-04-2021 425
Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü qəza şəraiti yaradıb.
HerGun.Az xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkədə paylaşılıb.
Belə ki, Xaldan-Şəki yolunda lentə alınan görüntülərdə yüksək sürətlə hərəkət edən avtomobil yolun digər hərəkət zolağına keçərək qəza şəraiti yaradıb.
Qarşı zolaqdan gələn avtomobilin sürücüsünün ayıq-sayıqlığı nəticəsində son anda qəzanın qarşısı alınıb.
Həmin görünütləri təqdim edirik: