Zaur Baxşəliyev: “Aliment verməmək üçün qadınlarınızı əxlaqsız çıxarırsınız”

12:40 03-04-2021 26

“DNT analizi edin deyirlər. Nəyə verək? Bilirsiz neçəyədir? 2000-2500 manatdır analiz. Bilmirsiniz uşaq sizindir, ya yox? Nə asandır insanları ləkələmək. Aliment verməmək üçün qadınlarınızı əxlaqsız çıxarırsınız. Ayıb deyil?”.

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev “Bizimləsən” proqramında deyib. Həyat yoldaşını əxlaqsız adlandıran kişiyə əsəbləşən aparıcı bunları qeyd edib:

“Camaatın qızını alıb aparanda, belinə qırmızı bağlayıb toy edəndə bilmirdin kimdir? Elə bilirlər DNT analizi asandır. Qadınlarınıza niyə ləkə yaxırsınız? Pis idi zamanında ayrılardın, toy günü gətirib anasının qapısına qaytaraydın ki, salamat qız böyütməmisən. Əsəbiləşirəm insanların əlindən, ata gəlib 100 manat verməmək üçün deyir, qadın pozğundur, əxlaqsızdır. Camaat iki gündür küçədə tanış olduğunu qoruyur. Siz bir yastığa baş qoyduğunuz, uşaq dünyaya gətirən qadına ləkə yaxırsınız? Əvvəl bu sözü işlədən kişi gedib özünü öldürərdi. Adamlar var ki, nələr xərcləyir, hər şeyini satır verir ki, uşağım olsun. Bəziləri isə qəbul etmir”.