Türkiyədə Polad Həşimovun adını daşıyan park açılacaq

15:40 03-04-2021 328

Türkiyənin İzmit şəhərində Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adını daşıyan park açılacaq. 

Bu barədə Demokrat.az-a Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADF) sədri Bilal Dündar məlumat verib. 

Bilal Dündar bildirib ki, sözügedən parkda şəhid Polad Həşimovun abidəsi də ucaldılacaq.

Onun sözlərinə görə, sözügedən parkın açılması ilə bağlı Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası olaraq İzmit bələdiyyəsinin sədri Fatma Kaplan Hürriyetlə aparılan danışıqlar zamanı razılıq əldə olunub. 

Bilal Dündar yaxın vaxtlarda sözügedən parkın açılış mərasiminin keçiriləcəyini söyləyib.