Ukraynalı jurnalist Şuşada tapılan “İskəndər-M”in qalıqları barədə: “Bakı ciddi araşdırma tələb edəcək”

16:40 03-04-2021 497

Şuşada 28 illik erməni işğalından azad edildikdən sonra Azərbaycan ordusu tərəfindən aşkar olunan “İskəndər-M” raketlərinin qalıqlarının tapılması böyük qalmaqala səbəb olacaq.

HerGun.Az-ın məlumatına görə, bu barədə ukraynalı hərbi jurnalist Roman Boçkala özünün “Facebook” hesabından yazıb.

“Sual olunur: bu raketləri kim atıb? Ehtimal olunur ki, bunlar “İskəndər-M”dir. Ermənistan tərəfi bunu inkar edir. Özü də ermənilərin arsenalında belə tezliklə raket atmağa qadir olan yeganə sistem “İskəndər-E”dir”.

““BBC News”un məlumatına görə, nişanlarına baxılarsa raketlər ixrac variantında deyil, Rusiya hərbçiləri tərəfindən istifadə üçün nəzərdə tutulan variantdadır”, - deyə Boçkala yazır.

O vurğulayıb ki, Şuşanı azad etmək üçün həyata keçirilən sürətli xüsusi əməliyyat, təxribatçıları ərazini raket parçalarından təmizləmək fürsətindən məhrum edib.

“Baş verənlər onsuz da idealdan uzaq olan və daha çox işgüzar xarakterli Azərbaycan- Rusiya münasibətlərini xeyli dərəcədə soyuda bilər. Mənbələrimə görə, Bakı, lazım gələrsə beynəlxalq mütəxəssislərin iştirakı ilə ciddi araşdırma tələb edəcək. Bu mövzunun işıqlandırılmasına maksimum diqqəti cəlb etmək lazımdır”, - deyə Boçkala yazır.