Nazirdən vacib açıqlama: “Bağçalar bağlanmayacaq”

17:20 03-04-2021 371

Bağçaların fəaliyyəti hələ də davam etdirilir.

HerGun.Az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, məktəbəqədər təhsil müəssisələri hesab olunan olan bağçaların bir sıra amillər də nəzərə alınmaqla fəaliyyətinin davam etdirilməsinə qərar verilib:

“Bu amillər nəzərə alınmaqla bağçaların distant təhsilə keçirilməsi mümkün deyildi. Buna görə də növbəti həftələrdə bağçalar öz fəaliyyətini davam etdirəcək. Lakin vətəndaşlarımızdan sanitar-gigiyenik normalara riayət etmələri xahiş olunur”.

E.Əmrullayevin fikrincə, gələcək dövr üçün təhsil prosesinə hansı formada davam edilməsi ilə bağlı proqnoz vermək gələn həftədən mümkün ola bilər.