“Çelsi”nin 14 oyunluq məğlubedilməzlik seriyası darmadağınla qırıldı - VİDEO

20:40 03-04-2021 488

İngiltərə Premyer Liqasında 30-cu tura start verilib.

Turun açılış oyununda “Çelsi” doğma meydanda autsayderlərdən olan “Vest Bromviç”ə 2:5 hesabı ilə uduzub.

Bu, “zadəganları”ın almaniyalı baş məşqçi Tomas Tuxelin rəhbərliyi altında ilk məğlubiyyəti olub və “Çelsi”nin 14 oyunluq məğlubedilməzlik seriyası qırılıb.

Qeyd edək ki, hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlinə 71 xalla “Mançester Siti” başçılıq edir.

“Çelsi” 51 xalla dördüncü sırada qərarlaşıb.