Acun Ilıcanın keçmiş arvadı evlənir - FOTO

21:20 03-04-2021 23

Türkiyəli sosial media fenomeni Şeyma Subaşı misirli iş adamı, sevgilisi Muhəmməd Alsaloussi ilə evlənəcəyini açıqlayıb.

Bu barədə “Haber Global” xəbər yayıb.

O, sevgilisi ilə üç aydır ki, bir yerdə olmalarına baxmayaraq hekayələrinin daha uzun olduğunu bildirib.

“İl sona çatmamış evlənə bilərik”, - deyə o, vurğulayıb.

Qeyd edək ki, bloqer üzərində “Sevgilimin malıyam” yazılan geyimi ilə bağlı da danışıb.

“Mən bir obyekt olaraq onun mülkü olduğumu ifadə etmirəm. Sevgilimin malı olduğum üçün şadam”, - deyə sosial medlia istifadəçiləri tərəfindən birmənalı qarşılanmayan cavab verib.

Xatırladaq ki, 2017-ci ildə Acun Ilıcalı ilə evlənən Şeyma Subaşı bir il sonra boşanmışdı.

Bloqer evlənəcəyindən keçmiş ərinin də xəbərdar olduğunu vurğulayıb.