İsmayıllıya qar və dolu yağıb - FOTO

00:00 04-04-2021 371

Bu gün axşam saatlarında İsmayıllı rayon ərazisinə yağan yağış sonradan qar və güclü dolu ilə müşahidə olunub.

Dolu səbəbindən İsmayıllı-Qəbələ yolunda avtomobillərin hərəkətində çətinliklər yaranıb. Bir sıra kəndlərdə elektrik enerjisinin verilişi dayandırılıb. Dağlardan düşən qaya parçaları və torpaq qatı İsmayıllıdan Lahıca gedən yolu bağlayıb.

Hazırda rayonun kəndlərində yağmurlu hava şəraiti davam edir. Yol idarəsinin texnikası və canlı qüvvəsi əraziyə cəlb edilərək Muğanlı-İsmayıllı-Qəbələ yolunda hərəkətin bərpası üçün tədbirlər görür.