Azərbaycanda vaksinasiya olunanların sayı açıqlanıb - FOTO

15:20 04-04-2021 24

Bu gün Azərbaycanda ümumilikdə 22 932 vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ peyvənd olunanların sayı 8451 nəfər təşkil edib, ikinci mərhələdə isə bu rəqəm 14 481 olub.

Ümumilikdə, indiyədək ölkədə 947 745 vaksin vurulub. Bunlardan 590 941-i birinci mərhələ, 356 831-i isə ikinci mərhələdə vaksinasiya olunanlardır.