“Neftçi”nin prezidentindən Emin Mahmudova hədiyyə - FOTO

17:20 04-04-2021 23

“Neftçi”nin futbolçusu Emin Mahmudov komandada 100-cü matçına çıxıb.

“Report”un məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi Premyer Liqanın XXI turunda “Sumqayıt”la oyunun start heyətində yer alıb.

Paytaxt təmsilçisinin prezidenti Kamran Quliyev bu səbəbdən qarşılaşmanın əvvəlində kapitana xatirə hədiyyəsi təqdim edib.

Neftçinin prezidenti Emin Mahmudova oyundan əvvəl hədiyyə təqdim etdi