“Neftçi” gözlənilmədən məğlub oldu

19:20 04-04-2021 433

Bu gün Azərbaycan Premyer Liqasında 21-ci tura yekun vurulacaq.

İkinci oyun günü üçün nəzərdə tutulan 3 matçdan artıq biri başa çatıb. Lider “Neftçi” gözlənilmədən evdə “Sumqayıt”a uduzub - 0:2. Komandalar arasında 2-ci turda "Neftçi"nin meydanında keçirilən görüş də “Sumqayıt”ın 2:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Günün maraqla gözlənilən son qarşılaşmasında isə 2-ci pillədə olan “Qarabağ” “Keşlə” ilə səfərdə üz-üzə gələcək.