Tbilisinin meri xəstəxanadan evə buraxılıb

22:40 04-04-2021 331

Tbilisi şəhərinin meri Kaxa Kaladze müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Bu barədə “Sputnik Georgia” məlumat yayıb.

Xəstəxanadan çıxarkən jurnalistlərə açıqlama verən Kaladze özünü yaxşı hiss etdiyini bildirib.

Şəhər başçısı qeyd edib ki, hələ bir müddət evdə müaəlicəsini davam etdirməli olacaq.

Qeyd edək ki, K.Kaladze martın 26-da xəstəxanaya yatırılıb. Keçmiş futbolçuya vestibulyar analizotorun funksiyasının pozulması diaqnozu qoyulub.