Harri Keyn Runinin rekordunu yenilədi - FOTO

23:00 04-04-2021 434

İngiltərə çempionatının 30-cu turu çərçivəsində “Sent Ceyms Park” stadionunda keçirilən “Nyukasl Yunayted”-“Tottenhem” oyununda yeni rekord qeydə alınıb.

“Championat” portalının məlumatına görə, qonaqların hücumçusu Harri Keyn matçda dubl edərək klubun heyətində öz qollarının sayını 84-ə çatdırıb.

Bununla da forvard “Mançester Yunayted”in heyətində 82 qola imza atan Ueyn Runinin rekordunu yeniləyib.

Qeyd edək ki, matç 2:2 hesabı ilə başa çatıb.