Trampın saytı maliyyə fırıldaqlarında ittiham olunur

03:20 05-04-2021 348

ABŞ-ın eks-prezidenti Donald Trampın saytı maliyyə fırıldaqlarında ittiham olunur.

“The New York Times” qəzetinin yazdığına görə, sayt keçmiş prezidentin 2020-ci ildəki seçki kampaniyası üçün ianələr etmiş hesablardan təkrarən vəsait çıxarıb.

Nəşrin məlumatlarına görə, Tramp donorlarına toplanan məbləğin cəmi 10.7%-ni, yəni təxminən 122 milyon dolları geri qaytarıb.

Seçkilərdən sonra bəzi Tramp tərəfdarlarının bank və kredit təşkilatlarına saxta əməliyyatlarla bağlı müraciət etdikləri bildirilib.