Kolumbiya yığmasının keçmiş futbolçusu 11 il həbs cəzası alıb

04:00 05-04-2021 425

Futbol üzrə Kolumbiya millisinin keçmiş üzvü Con Viafara 11 il müddətinə azadlıqdan məhrum edilib.

“The Dallas Morning News” nəşrinin məlumatına görə, o, ABŞ-a narkotik qaçaqmalçılığında günühkar sayılıb.

Texas ştatı məhkəməsi eks-futbolçunu külli miqdarda kokaini qanunsuz yollarla ölkəyə gətirdiyinə görə cəzalandırıb.

Qeyd edək ki, C.Viafara idman karyerası ərzində “Saoyhempton”, “Portsmut” və “Real Sosyedad” kimi klubların heyətində çıxış edib. Hücumçu həmçinin “Onse Kaldas” klubunun tərkibində üç dəfə ölkə çempionu olub və Libertadores Kubokunu qazanıb.