Hindistanda rekord: Yoluxma 100 mini keçdi

13:40 05-04-2021 385

Hindistanda koronavirusa sutkalıq yoluxma sayında pandemiyanın əvvəlindən bu yana rekord qeydə alınıb.

Bu barədə Hindistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Ölkədə son sutka ərzində 103 558 nəfər koronavirusa yoluxub.

Hindistanda yoluxma hallarının ümumi sayı 13 milyona yaxınlaşır.