Türkiyədə koronavirusla bağlı son vəziyyət

23:00 05-04-2021 308

Türkiyədə son 24 saat ərzində 245 496 nəfərin COVID testi yoxlanılıb.

“Haber Global” məlumat verir ki, ölkədə günlük yoluxma sayı 42 551 nəfər təşkil edib.

Son sutka ərzində 193 nəfər koronavirus səbəbindən vəfat edib.

Hazırda Türkiyə xəstəxanalarında 2407 nəfər ağır COVID-19 xəstəsi müalicə alır.