Pank üslübunda geyinən yaşlı cütlük model oldu - FOTO

04:40 06-04-2021 516

Paris Moda Həftəsi zamanı pank üslubunda geyinən yaşlı cütlük sosial şəbəkələrin fenomeninə çevrilib.

Bu barədə “The Guardian” xəbər verib.

Bildirilir ki, 86 yaşlı Mari-Luiz və 87 yaşlı Rene Glemarec nəvələri - modelyer Florentin Glemarecin “EGONlab” brendi üçün hazırladığı gender-neytral geyimdə olublar.

“Babam həmişə diqqət mərkəzində olmağı arzulayıb. O, nənəmlə ilə tez-tez studiyamıza gəlir, yeni kolleksiyalar hazırlamağımıza baxır. Bir dəfə onlar bütün bunları sınamaq istədilər. Beləliklə, bizim ilham pərimizə çevrildilər”, - deyə dizayner qohumlarının dəb sevgisindən danışarkən bildirib.

Florentin Glemarecin babası və nənəsinin brendin ən böyük pərəstişkarları olduğunu vurğulayıb.

“Onlar həmişə yeni obrazları sınaqdan keçməyə hazırdırlar”, - deyə dizayner qeyd edib.