Sevgilisi ilə dava edən gənc onu girov götürdü - VİDEO

06:20 06-04-2021 27

Rusiyanın Kemerova şəhərində 22 yaşlı gənc keçmiş sevgilisinin boğazına şüşə qırığı dirəyərək onu girov götürüb.

Bu barədə “Mash” “Telegram” kanalı kadrlar təqdim edib.

Bildirilir ki, gənc keçmiş sevgilisinin işlədiyi ticarət mərkəzinə gəlib, orada onların mübahisəsi düşüb. Sonda hiddətlənən gənc əlinin altındakı şüşə butulkanı sındırıb və qırığını qızın boğazına dirəyərək çıxmasını tələb edib. Şahidlər bunu görərək mühafizəçilərə xəbər verib. 

Hadisə yerinə polislər cəlb olunub. Onlar gənclə danışıblar, birinci mərtəbəyə düşəndən sonra isə onun zərərsizləşdirə biliblər.

Qıza zərər dəyməyib.

Hadisə ilə bağlı “ölüm təhdidi” maddəsi ilə cinayət işi açılıb.