Gəncədə koronavirusa qarşı mübarizə tədbirləri davam edir - VİDEO

16:20 06-04-2021 399

Gəncə şəhərində koronavirus infeksiyası ilə bağlı mübarizə istiqamətində tədbirlər davam etdirilir. Xüsusən əhalinin sıx olduğu yerlərdə nəqliyyatda bu işlər daha da intensivləşdirilib. 

Ölkənin ikinci böyük şəhərində fəaliyyət göstərən ictimai nəqliyyat vaistələrində denzifkesiya işləri aparılıb. 

Dezinfeksiya işləri hər gün təxminən 2 saat ərzində həyata keçirilir. Pandemiya başlayandan sözügedən prosses hər gün təşkil olunmaqdadır. Paralel olaraq nəqliyyat vaistələrinə maarifləndirici braşurlar da vurulub. 

Qeyd edək ki, hazırda Gəncə şəhərində 28 xətt üzrə gün ərzində 230 ədəd orta və iri tutumlu avtobuslar fəaliyyət göstərir. Məqsəd koronavirus infeksiyasında risk faktorunu azaltmaqdır.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: