Sudanda qəbilələr arasında münaqişə: 100-ə yaxın ölən və yaralanan var - FOTO/VİDEO

21:20 06-04-2021 458

Sudanın Qərbi Darfur bölgəsində Əl-Cuneyna şəhərində qəbilələr arasında münaqişə azı 40 nəfərin ölümü, 60 nəfərin yaralanması ilə nəticələnib.

Bu barədə “HaberGlobal” xəbər yayıb.

Sudan Həkimlər Mərkəzi Komitəsi (CCSD) şəhərdə münaqişələrə son qoyulması, həmçinin tibb işçilərinin və tibbi müəssisələrin mühafizəyə alınması üçün mərkəzi hökumətə müraciət edib. Bundan başqa, əhalidən də xəstəxanalara qan bağışlamaları istənilib.

Hadisələrin başlanılmasına səbəb kimi Masalit qəbiləsindən iki nəfərin naməlum şəxs tərəfindən öldürülməsi göstərilir. Bundan sonra onlarla Rizeyqat qəbiləsi arasında silahlı qarşıdurmalar başlanılıb.

Baş verənlərlə əlaqədər Darfurda fövqəladə vəziyyət elan edilib. Həmçinin silahlı müqnaqişələri sona çatdırmaq üçün orduya əlavə səlahiyyətlər verilib.