Xəzər rayonunda iki avtomobil toqquşub, xəsarət alanlar var
00:00 07-04-2021 369
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.
Şüvəlan qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1973-cü il təvəllüdlü Hüseynova Təranə Şəmməd qızı, 2001-ci il təvəllüdlü Salayev Ceyhun Sahil oğlu xəsarət alıblar.
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. T.Hüseynovaya döş qəfəsinin əziyi, C.Salayevə sol saidin çoxsaylı sıyrıntıları diaqnozu qoyulub.