Kişinin ayaqları altından “yer qaçdı” - FOTO/VİDEO

03:00 07-04-2021 553

Koloradolu kişi anbara girərkən qəfil ayağının altında açılan dəlikdən doqquz metr dərinliyindəki quyuya düşüb.

Bu barədə “Wane” portalı xəbər yayıb.

Leadvill şəhər sakininin sözlərinə görə, onun ayaqlarının altından qəfil “yer qaçıb”.

Kişini xilasetmə əməliyyatı bir neçə saat çəkib. O, çıxarıldıqdan sonra orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.