Rusiyada təyyarə qəzadan son anda xilas oldu - VİDEO

07:20 08-04-2021 522

Rusiyada sərnişin təyyarəsi qəzanın astanasından dönüb. Belə ki, Soçi şəhərində güclü külək hava gəmisini uçuş-eniş zolağından kənara “sürükləyib”.

“Life Shot” “Telegram” kanalı bununla bağlı kadrları təqdim edib.

Bildirilir ki, bu səbəbdən Novosibirskdən hərəkət edən S7-nin pilotları ikinci dövrə üçün qərar veriblər.

Bundan sonra təyyarəni uğurlu şəkildə endirmək mümkün olub