Bişkek səmasındakı “yaşıl işıq” narahatlığa səbəb oldu - VİDEO

07:40 08-04-2021 447

Qırğızıstanın fövqəladə hallar xidməti Çuysk vilayətində meteoritin düşməsi barədə yayılan xəbərləri araşdırır.

“AkiPress”in məlumatına görə, dünən Bakı vaxtı ilə saat 21.00 radələrində paytaxt Bişkek səmasında yaşıl rəngli işıq saçan obyekt görünüb.

Hadisənin şahidləri tərəfindən mobil telefon vasitəsilə qeydə alınan “naməlum uçan obyektin” meteorit olması güman edilir.

Onun Çuysk vilayətində deyil, ölkə sərhədlərindən kənarda yerə düşməsi ehtimal olunur.