Emin Əmrullayev rayon məktəblərindəki vəziyyətə aydınlıq gətirdi

10:40 08-04-2021 343

“Səhiyyə orqanlarının, eləcə də bizim rəyimizə görə, rayonlarda hələ ki, yoluxma sayı aşağıdır”.

Bu sözləri Təhsil naziri Emin Əmrullayev AzTV telekanalında çıxışı zamanı deyib.

O bildirib ki, ayrı-ayrı məktəblərdə yoluxma halları olduğu halda biz o məktəbləri distant təhsilə keçiririk.

“Belə məktəblər hər gün olur. Ümumilikdə istəyimiz budur ki, şagirdlərin mümkün qədər optimal formada öyrənməsini təmin edə bilək”, - deyə təhsil naziri qeyd edib.

Könül Cəfərli