Bakı metrosunda gediş haqqının ödənilməsində yenilik gözlənilir - RƏSMİ

14:00 08-04-2021 332

Bakı metropolitenində bir sıra elektron vasitələrdən istifadə etməklə gediş haqqını ödəmək mümkün ola bilər. 

Bu barədə HerGun.Az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Qurumun mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, metropolitendə gediş haqqının ödənilməsi prosesində yenilik tətbiq edilə bilər:

“Belə ki, yeniliyin tətbiqi istiqamətində işlər aparılır. Lakin konkret olaraq hər hansısa sistemin və ya üsulun tətbiqindən danışmaq hələ tezdir. Bununla bağlı hər hansı əsaslı bir addım atılacağı təqdirdə ictimaiyyətə məlumat veriləcək.

Könül Cəfərli