Latviya prezidenti yol qəzasına düşüb - FOTO

00:40 09-04-2021 13

Latviya prezidenti Eqils Levits paytaxt Riqada yol qəzasına düşüb.

Dövlət başçısının mətbuat xidmətindən verilən məlumata əsasən, qəza prezidentin iş qarafikinə təsir etməyib. Belə ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Məlumata əsasən, qəzaya içərisində Latviya prezidenti olan “Lexus LS” avtomobilinin gözlənilmədən əyləcə basması səbəb olub. Onun arxasınca gələn və prezidentin mühafizə xidmətinə məxsus “Volkswagen Touareg” avtomobili isə dövlət başçısının maşınına çırpılıb.