18 fərqli mutasiyanı birləşdirən koronavirus ştammı müəyyən edilib

04:00 09-04-2021 373

Braziliyada 18 fərqli mutasiyanı birləşdirən yeni təhlükəli bir koronavirus ştammı aşkarlanıb.

Bu barədə “Globo” xəbər yayıb.

Mina-Jerays ştatının paytaxtı Belo-Horizont şəhərində tapılan yeni infeksiya COVID-19-un əvvəllər müəyyən edilmiş təhlükəli tiplərinə xas xüsusiyyətləri özündə birləşdirir.

Fərdi mutasiyaların Britaniya, Cənubi Afrika və digər iki Braziliya ştammı üçün xarakterik olduğu qeyd edilib.

Qeyd edək ki, əhalisi 210 milyondan artıq olan Braziliya ABŞ-dan sonra pandemiyadan ölkədir.