Türkiyədə 346 nəfər koronavirusdan vəfat edib

00:00 28-04-2021 375

Türkiyədə son 24 saat ərzində COVID-19 səbəbilə 346 ölüm faktı qeydə alınıb. 

“Haber Global”ın məlumatına görə, sutka ərzində ölkədə 282 192 nəfərin koronavirus testi yoxlanılıb. Onlardan 43 301 nəfərin cavabı pozitiv çıxıb. 45 592 nəfər isə sağalaraq, gündəlik həyata qayıdıb.

Hazırda ölkədə koronavirusa yoluxmuş 3549 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.