Aşan avtomobil yol kənarında olan digər nəqliyyat vasitələrini də yararsız hala saldı - VİDEO

02:00 28-04-2021 30

Xorvatiyada yaşayış məntəqəsində yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək yol kənarında dayanmış bir neçə avtomobili yararsız hala salıb.

“Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, hadisə ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Qəza ilə əlaqədar araşdırmalara aparıldığı qeyd olunur.