ABŞ-da xarici müdaxilələrə qarşı mübarizə mərkəzi yaradılacaq

04:40 28-04-2021 322

ABŞ-da daxili siyasi proseslərə kənardan müdaxilələrə qaşı mübarizə aparacaq xüsusi mərkəzin yaradılması üzrə işlərə başlanıb.

Bu barədə “Politico” nəşri məlumat yayıb.

Məlumata əsasən, hazırlıq işləri Mərkəzi Kəşfiyyat İdarəsi aparatının iştirakı ilə həyata keçirilir.

Mərkəzin ən qısa müddət ərzində fəaliyyətə başlayacağı bildirilir. Lakin dəqiq tarix, həmçinin təşkilatın büdcəsi açıqlanmır.

Qeyd olunur ki, mərkəzin tərkibində bütün kəşfiyyat idarələrinin analitikləri birlikdə çalışacaqlar. Onlar ilk növbədə Çin, Rusiya, İran və Şimali Koreyadan gələn potensial təhlükələri araşdıracaqlar.