Ümrə ziyarətinə uşaqların aparılması qadağan olundu

05:40 28-04-2021 24

Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi Razaman ayı ərzində ümrə ziyarətlərinə uşaqların gətirilməsini qadağan edib.

“Haber Global”ın məlumatına görə, qərar koronavirusa qarşı mübarizə tədbiləri çərçivəsində qəbul olunub.

Ümrə ziyarətilə yanaşı, uşaqların Məkkədəki Məscidül Həramda namaza gətirilməsi də qadağan olunub. Qeyd olunan məbəddə namaz qılmaq istəyənlər mobil tətbiqlə müraciət etməli, yalnız bundan sonra məscidə gəlməlidirlər.