Dünyanın ən qədim viski şüşəsi hərraca çıxarılacaq

07:40 28-04-2021 445

Dünyanın ən qədim viski şüşəsi olan “Old Ingledew” “Skinner” onlayn hərracı vasitəsilə satışa çıxarılacaq.

CNN xəbər verir ki, hərrac iyun ayının sonunda keçiriləcək.

Spirtli içkinin 20-40 min dollar arasında satılacağı güman olunur.

Qeyd edilir ki, viski 1763-1803-cü illərə aiddir.