Bakıda bəzi avtobuslar kartlaşma sistemi üçün əlverişli deyil - AÇIQLAMA

12:20 28-04-2021 28

“Bəzi avtobuslar kartlaşma sistemi üçün əlverişli deyil. Bunun üçün biz həmin avtobusları təmir edib, kart sistemində çalışmasını təmin edirik”.

HerGun.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli məlumat verib. 

O bildirib ki, gündəlik 600 minə yaxın sərnişin nağdsız ödəmə sistemindən istifadə edir:

“Sərnişin səyahətlərinin 47 faizini nağd ödəmə, 53 faizini nağdsız ödəmələr təşkil edir. 2020-ci ildə 478 avtobusda kart sistemi tətbiq edilib ki, hazırda ümumilikdə 1107 avtobus kartla fəaliyyət göstərir”.

Könül Cəfərli