Zəngəzur dəhlizinin açılması türk dünyasının coğrafi birləşməsi deməkdir!.

13:29 28-04-2021 676

 

Bu tarixi fakt hər bir kəsə məlumdur ki, Zəngəzur dəhlizi ideyası Azərbaycanın hələ 70-ci illərdən xüsusi diqqət mərkəzində olub. Azərbaycan xalqının mənfur düşməni Zori Balayan özünün bədnam “Ocaq” əsərində bu yolun bağlanmasını zəruri sayır, onu “Turan yolu” adlandırırdı. Bu yaxınlarda Ermənistan mediası qeyd edib ki, 1970-80-ci illərdə Ulu Öndər Heydər Əliyev Siyasi Büronun üzvü olan zaman inşasına başlanılan Mehridən keçən “Naxçıvan-Bakı avtomobil yolu“ türklərin “Böyük Turan” layihəsinin icrasına zəmin yaratmaq məqsədi daşıyırdı. Lakin keçmiş Ermənistan KP MK katibi olmuş Dəmirçiyanın etirazlarından sonra layihə işləri dayandırıldı.

 Zəngəzur dəhlizinin bu baxımdan əhəmiyyətini Prezident İlham Əliyev 2009-cu il 3 oktyabr tarixində Naxçıvanda keçirilmiş Zirvə görüşündə açıqlamışdı. Vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi.

Azərbaycan məqsədinə indi çatdı. Artıq indi qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasını birləşdirən körpü rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr, o cümlədən Ermənistan üçün əlavə imkanlar yaradacaq. Beləliklə, Prezident İlham Əliyev Şuşanın azad olunmasında olduğu kimi, Zəngəzur dəhlizini bərpa etməklə də, ata vəsiyyətini yerinə yetirirmiş olacaq.

Sevindirici haldır ki, Azərbaycan artıq bu gün Ulu Öndərin müəyyən etdiyi strateji hədəflərə çatır. Doğrudan da, Prezident İlham Əliyev təkcə Azərbaycanın və azərbaycanlıların deyil, bütün türk dünyasının taleyini dəyişməyə müyəssər olmuş ümumtürk miqyaslı müdrik liderdir. Türk birliyi məhz, onun təşəbbüsləri ilə sırf praqmatik maraqlar üzərində qurulmuş ideyaya çevrilir və Avrasiyanın mühüm hissəsinin yeni logistik və iqtisadi əsaslarda birləşməsini nəzərdə tutur. Süveyş kanalı ilə bağlı yaşananlar isə Zəngəzur dəhlizinin dünya üçün də əhəmiyyətini bir daha qabarıq şəkildə üzə çıxardı.

Bildiyimiz kimi, Prezident İlham Əliyev 2021-ci il 31 mart tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə çıxış etmişdir.  Bu zaman o bildirmişdir ki,  artıq müharibə başa çatmışdır və bu münaqişə tarixdə qaldı. Bizim üçün yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Bəli, cənab Prezidentimizin bu istiqamətdə məqsəd və prinsipi hər kəsə məlum idi. Digər bir tərəfdən isə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il 20 aprel tarixində Azərbaycan Televiziyasına müsahibəsində qeyd etmişdir ki, Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir. O, çox açıq şəkildə bildirmişdir ki, Ermənistan bunu istəsə də, istəməsə də biz Zəngəzur dəhlizini icra edəcəyik. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, müharibədən əvvəl və müharibə dövründə demişdik ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Təbii ki, belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. Bizim əsas rəqibimiz zamandır, çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə də, bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Azərbaycan xalqı qısa zaman kəsiyində 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır. Bizim buna heç bir şübhəmiz yoxdur. Eyni zamanda, bizim Zəngəzur dəhlizinin açılması üçün hüquqi əsaslarımız da var.  Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndi və 2021-ci il 11 yanvar tarixində Moskvada imzalanmış 4 bəndlik bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi zəmin yaradır. Moskva bəyanatında kommunikasiyanın bərpasının 1 mart tarixindən etibarən reallaşacağı qeyd olunurdu. Ona görə də Ermənistan baş nazirinin aprelin 8-də Moskvaya etdiyi səfərindən əvvəl kommunikasiyaların açılmasının sürətləndirilməsi məqsədilə yeni üçtərəfli sənədin imzalanacağı haqda da fərziyyələr irəli sürülürdü. Bizim üçün Zəngəzur dəhlizinin regional və beynəlxalq əhəmiyyəti çox böyükdür. Kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin bərpa edilməsi nəticəsində regionun mənzərəsinin, geosiyasi konfiqurasiyanın dəyişəcəyi haqda istər regional - Gürcüstan, İran, Türkiyə və Rusiya kimi dövlətlər, istərsə də regionda marağı olan Qərb, ərəb dövlətləri və Çin KİV-lərində çoxsaylı yazılar dərc edilir. Abxaziyadan keçən dəmiryolu xətlərinin açılması yenidən gündəmə gətirilir, Gürcüstan parlamenti 44 günlük müharibənin nəticələrini xüsusi qapalı iclasda müzakirə edir, ekspertlər isə Zəngəzur dəhlizindən Çinin əldə edəcəyi faydanı belə hesablamağa çalışırlar. Beləliklə, Zəngəzur dəhlizinin bölgəyə beynəlxalq yükdaşımalarında mühüm həlqə olacağı aydındır. Rəsmi Bakı hələ müharibənin gedişində və müharibədən sonra ilk günlərdə belə əməkdaşlıqda maraqlı və hazır olduğunu dəfələrlə bəyan edib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycantərəfi Ermənistan istisna olmaqla bütün region dövlətləri ilə ikitərəfli və çoxtərəfli platformalarda uğurla əməkdaşlıq edir, müharibədən sonra Ermənistanın da bu platformalarda təmsil olunmasında maraqlıdır. Prezident İlham Əliyev çıxışlarında beynəlxalq yükdaşımaları uğrunda rəqabət getdiyinə toxunaraq Azərbaycanın nəqliyyat habına çevrilməsi üçün görülmüş işlər haqda da dəfələrlə məlumat verib. Zəngəzur dəhlizi ölkəmizinbu rəqabətdə imkanlarını genişləndirən bir fürsətdir, ondan istifadə edilməsi də zəruridir.

Ən əsası isə, Zəngəzur dəhlizinin açılması bizim üçün milli hədəfdir. Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılmasında məqsədi, heç də regional əmədaşlıq və yükdaşımaları ilə bağlı rəqabət üzərində deyil. O, Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verdiyi üçün bu tarixi mübarizəyə öz töhfəsini verir. Azərbaycan xalqının vaxtı ilə əlindən alınmış olan Zəngəzur torpağına qayıtmazına çox az bir zaman qalmasına əmin ola bilərik. Öz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Biz Zəngəzur dəhlizindəki yoldan istifadə edəcəyiksə, təbii ki, bir müddət sonra da, İrəvana qayıdacağıq. Hər kəs bunu bilməlidir ki, tarixi torpaqlarımıza qayıdış strateji planlaşdırma ilə həyata keçirilir. Azərbaycan o torpaqlara təzminat və digər iqtisadi rıçaqlarla qayıdacaq. Bu, həm də, ölkədaxili siyasi opponentlərə də verilmiş ciddi mesajdır. Qarşıda bizi daha böyük milli-tarixi hədəflər gözləyir. Bunun üçün milli ideyalar naminə birliyin davam etdirilməsi vacibdir.

        Yaşasın müstəqil Azərbaycan Respublikası!. Eşq olsun məğrur xalqımıza və Şanlı Azərbaycan Ordusuna!. Uca Allah bütün şəhidlərimizə rəhmət etsin və qazilərimizə şəfa versin!. Allah, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız, cənab İlham Əliyevi və Birinci vitse-Prezident, xanım Mehriban Əliyevanı  qorusun!. Üçrəngli, müqəddəs bayrağımız daim zirvələrdə dalğalansın!!!...

Diqqətinizə görə minnətdaram!.

                                                                                                                                                                                                     Müşfiq Əliyev,                                                                               Azərbaycan RespublikasıŞəhid Ailələrinə                                                            “Qayğı” Cəmiyyətinin sədri, Azərbaycan Vətən                                                      Müharibəsi Veteranları İctimai Birliyinin                                      Sədrinin humanitar məsələlər üzrə səlahiyyətli nümayəndəsi.

                                                           BAKI ŞƏHƏRİ, XƏZƏR RAYON SAKİNİ.