Kürdəmirdə “Xosu” ləqəbli narkotacir saxlanıldı

22:20 28-04-2021 577

Kürdəmir Rayon Polis Şöbəsinə əvvəllər dəfələrlə məhkum olunmuş “Xosu” ləqəbli Zabil Nuriyevin qanunsuz olaraq narkotik vasitələr əldə edib, daşıyaraq üzərində və yaşadığı evdə saxlaması, həmçinin narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı məlumat daxil olub.

“Report” xəbər verir ki, daxil olmuş əməliyyat məlumatı əsasında Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zabil Nuriyev saxlanılıb və polis şöbəsinə gətirilib.

Axtarış zamanı onun üzərindən 1,299 qram, yaşadığı evindən isə külli miqdarda 13,435 qram, ümumilikdə 14,734 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ilkin dindirmə zamanı cinayət əməlini etiraf edib.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.