ABŞ-da silahlı şəxs insanlara atəş açdı - VİDEO

02:00 29-04-2021 24

ABŞ-ın Florida ştatının Mayami şəhərində naməlum kişi küçədə olan insanlara atəş açıb.

“Police frequency” məlumat verir ki, insident nəticəsində bir nəfər güllə xəsarəti alıb.

Hadisə ərazidə olan müşahidə kameraları tərəfindən qeydə alınıb.

Videodan aydın görünür ki, qırmızı şalvarlı kişi kütlənin olduğu istiqamətə atəş açaraq dərhal hadisə yerindən uzaqlaşır.

Qeyd olunur ki, hazırda polis atəş açan şəxsi axtarır.