Veratti Qvardiolaya sərt cavab verdi: “Kəs səsini!”

12:00 29-04-2021 432

Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində PSJ ilə “Mançester Siti” arasında baş tutan qarşılaşma zamanı yarımmüdafiəçi Marko Veratti və Xosep Qvardiola arasında maraqlı dialoq yaşanıb.

Bu barədə “Football Italia” məlumat yayıb.

Epizodlardan birində Veratti təhlükəli sürüşmə fəndi icra edib. Bu zaman Qvardiola hakimdən italiyalının cəzalandırılmasını tələb edib. Bunu PSJ-nin yarımmüdafiəçisi də eşidib və ispan dilində Qvardiolaya “Nə istəyirsən? Kəs səsini!” deyə cavab verib.