Özəl şirkətlərin ixrac gəlirləri açıqlandı - FOTO

12:40 29-04-2021 536

2021-ci ilin yanvar-mart ayında qeyri-dövlət ixracatçı subyektlərin ixrac gəlirlərinin həcmi açıqlanıb.

HerGun.Az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin aprel sayında məlumat verilib.

Qeyri-neft sektoru üzrə qeyd edilən özəl subyektlər ixrac həcmindən ölkəyə 122,1 milyon dollarlıq gəlir gətirib.

Siyahıya 40 milyon dollar ixrac həcmi ilə “MKT İstehsalat Kommersiya” MMC başçılıq edir. Daha sonra 15 milyon dollar ixrac həcmi ilə “P-Aqro” MMC gəlir.

Ölkəyə ən çox gəlir gətirən növbəti üç şirkət isə - “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti” (11,8 milyon dollar), “Baku Steel Company” MMC (10,4 milyon dollar), “Sun Food” MMC-dir (10,3 milyon dollar).