Xırdalanda sərnişin avtobus sürücüsünü döydü - VİDEO

16:00 29-04-2021 384

Abşeronda sərnişin avtobusunda insident baş verib.

Həmin görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, sürücü 10-TG-080 dövlət qeydiyyat nişanlı avtobusa arxa qapıdan daxil olan sərnişinə marşrut xəttinin kart sistemi ilə fəaliyyət göstərdiyini və ön qapıdan daxil olaraq ödəniş etməsini bildirib.

Bu zaman sərnişin sürücüyə hücum edib, ona yumruqla zərbə endirərək bədən xəsarətləri yetirib.