Mişustin: “Qarabağda müharibədən sonra qəbul edilən bəyanatlar birgə iş üçün böyük imkanlar yaratdı”

16:40 29-04-2021 431

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Dağlıq Qarabağda hərbi əməliyyatlar bitdikdən sonra qəbul etdikləri bəyanatlar birgə iş üçün böyük imkanlar açdı.

TASS-ın məlumatına görə, bu barədə Rusiyanın baş naziri Mixail Mişustin Kazanda Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla görüşü zamanı bəyan edib.

“Bu, ilk növbədə, bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması, yeni infrastruktur marşrutlarının yaradılmasıdır. Bütün bunlar Zaqafqaziya bölgəsinin davamlı inkişafı üçün şərait yaradacaq”, - deyə RF-nın hökumət başçısı vurğulayıb.