“Mançester Yunayted”dən darmadağın, “Vilyareal”dan qələbə

01:00 30-04-2021 326

Bu gün UEFA Avropa Liqasının yarımfinal mərhələsinə start verilib.

HerGun.Az xəbər verir ki, “Old Trafford”da “Mançester Yunayted” İtaliyanın avrokuboklarda yeganə təmsilçisi “Roma”nı qəbul edib. Matçda geri düşən Premyer Liqa təmsilçisi oyunu öz xeyrinə çevirməyi bacarıb və rəqibini 6:2 hesabıyla darmadağın edib.

İspaniyanın “Estadio de la Seramika” stadionunda keçirilən “Vilyareal” – “Arsenal” matçında da ev sahibləri üstün olub. La Liqa klubu rəqibini 2:1 hesabıyla məğlub edib.

Qeyd edək ki, yarımfinalın cavab qarşılaşmaları mayını 6-da baş tutacaq.

Avropa Liqası

1/2 final (ilk görüşlər)

29 aprel

“Mançester Yunayted” (İngiltərə) – “Roma” (İtaliya) 6:2

Qollar: Fernandeş (9, 71 pen.), Kavani (48, 64), Poqba (75), Qrinvud (86) – Pelleqrini (15 pen.), Dzeko (34)

“Vilyareal” (İspaniya) – “Arsenal” (İngiltərə) 2:1

Qollar: Tiqeros (5), Albiol (29) –  Pepe (73 pen.)