Məktəblilər it sürüsündən ağaca dırmaşmaqla canlarını qurtardılar - VİDEO

02:20 30-04-2021 399

Sosial şəbəkələrdə it sürüsündən qaçaraq ağaca çıxan məktəblilər barədə görüntülər yayılıb.

Bu barədə “Arqumentı i Faktı” kadrlar yayıb.

Məlumata görə, görüntülər Başqırdıstanda Birsk şəhərində qeydə alınıb. Videoda bir dəstə uşağın küçə itlərindən qorxaraq ağaca dırmaşmaları görünür.

Kadrlar sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bir çoxları bir müddət əvvəl şəhərdə itlər tərəfindən parçalanan 4 yaşlı uşağı xatırladaraq bu məsələdə ciddi tədbir görülməsinin vacibliyini vurğulayıblar.

Hadisə ilə prokurorluq orqanları maraqlanıb və yoxlamalara başlanılıb.