Messi “Barsa” ilə müqaviləni uzatmaq üçün şərtlərini açıqlayıb

05:20 30-04-2021 393

“Barselona” hücumçusu Lionel Messi ilə müqaviləni uzatmaq üçün ilk addımı atıb.

Bu barədə TV3 məlumat yayıb.

“Barsa”nın prezidenti Joan Laporta futbolçunun atası Xorxe Messi ilə görüşüb və görüş zamanı tərəflər əməkdaşlığı davam etdirmək niyyətlərini ifadə ediblər. Klub rəhbəri hər hansı bir təklif irəli sürməyib. Buna səbəb isə “Barsa”da maliyyə yoxlamalarının keçirilməsidir. J.Laporta yalnız yoxlamalardan sonra real mənzərəni bildikdə təklif verə biləcək. O, yalnız Messidən maaş məsələsində kompromisə getməsini istəyib.

İddialara görə, Messi maaşını 50 faiz azaltmağa razıdır. Lakin futbolçu bunun üçün iki illik müqavilə istəyir. Daha sonra isə futbolçu “İnter Mayami”də çıxış edəcək. Messinin şərti həmçinin ABŞ-dan qayıtdıqdan sonra klubda vəzifə sahibi olmaqdır.