Bakıda kişiyə səkkiz bıçaq zərbəsi vuruldu

09:20 30-04-2021 367

Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Badamdar qəsəbəsində qeydə alınıb.

1992-ci il təvəllüdlü Ələkbərov Aslan Əfsər oğluna naməlum şəraitdə qarın nahiyəsindən səkkiz bıçaq zərbəsi vurulub. 

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.