Superliqa derbisinin vaxtı məlum oldu

09:40 30-04-2021 394

Türkiyə Superliqasının növbəti üç turunun təqvimi açıqlanıb.

“Haber Global” məlumat verir ki, turnirin 40, 41 və 42-ci turları çərçivəsində keçiriləcək matçların tarixləri və başlama saatlarına aydınlıq gəlib.

Beləliklə də, 40-cı tur çərçivəsində keçiriləcək “Qalatasaray”-“Beşiktaş” derbisinin mayın 8-i yerli vaxtla saat 20:30-da başlayacağı məlum olub.

Qeyd edək ki, üç tur ərzində keçiriləcək bütün matçlar eyni saatlarda oynanılacaq.

Xatırladaq ki, hazırda turnir cədvəlinə 78 xalla “Beşiktaş” başçılıq edir. Liderdən 6 xal geri qalan  “Qalatasaray” isə ikincidir.