Bu gün neçə nəfər vaksinasiya edilib? - FOTO

19:00 30-04-2021 346

Bu gün Azərbaycanda 16 639 nəfərə vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 328, ikinci mərhələdə isə bu rəqəm 10 311 nəfər təşkil edib.

Bu günə qədər Azərbaycanda ümumilikdə 1 488 218 ədəd vaksin vurulub.

Ölkə üzrə ümumilikdə birinci mərhələdə peyvənd olunanların sayı 966 132 nəfər təşkil edib. İkinci mərhələdə isə bu rəqəm 522 086 olub.